MWC-də təqdim olunan 5800 mAh tutumunda yeni smartfon

Avenir Telekom iki gün enerjiyə qoşulmadan istifadə olunacaq ağıllı telefonunu təqdim etdi.

 Energizer adı altında təqdim olunan ağıllı telefonlarda diqqət yetiriləcək əsas özəllik uzunömürlü batareyadır. MWC-də “Avenir Telecom” 16000 mAh gücündə batareya təqdim edəcəyini bildirmişdik. “Avenir Telecom”-un təqdim etdiyi telefon Energizer Hardcase H590S də üstün batareya özəlliyinə sahibdir. 5,800mAh batareya ilə digər telefonlardan daha uzun müddət istifadə edəcəyiniz bir smartfondur. Əksər telefonlar hazırda 3,000 mAh ətrafında olan batareyalara sahibdir. 
Energizer Hardcase H590S  ölçüləri (164.2 x 79.4 x 12.15mm) nisbətindədir. Buna baxmayaraq əldə çox ağır hiss edilmir. Bununla yanaşı ekran HD formatında videolar izləmək və fotoşəkillər üçün çox yaxşı bir ölçüdədir. Energizer Hardcase H590S zərbəyə və suya davamlı, 5.9 düymlük HD 18:9 nisbətində ekrana malikdir. Gorilla Glass 3 ekranı və IP68 reytinqi ilə 1,2 metr hündürlükdən zərbəyə davamlıdır və 30 dəqiqə müddətində 1,5 metr dərinlikdə suda qala bilər.


Batareya gücü
 Özəllikləri baxımından telefon orta səviyyəli telefon üçün olduqca standartdır. 6 GB RAM və MediaTek MT6763 octa-core 2.0GHz çipset ilə təchiz olunub. Cihaz həmçinin 128 GB yaddaşa malikdir. Bu çipset daha çox MediaTek Helio P23 kimi tanınır və Helio P60 kimi güclü deyil. Normal istifadə edəcəyiniz halda 5800mAh batareya tutumu iki gün davam etməlidir. Kameranın baxımından 16MP və 0.3MP kamera ön tərəfdə və 13MP və 0.3MP arxa cüt kamera görə bilərsiniz. Hal-hazırda Energizer Hardcase H590S üçün qiymət məlum deyil və  2018-ci ilin ikinci rübündə buraxılacaq. Telefon Boots, Aldi və Amazon vasitəsilə satışa çıxarılacaq.