2. Telefonunuz tam enerjiylə dolanda onu elektrikdən ayırmağı unutmayın. Litium-ion batareyalar elektrikdə çox qalanda qızmağa başlayırlar. Bu da batareyaya ziyan vurub onun ömrünü azalda bilər. Lakin 100 % batareya yığdıqda telefonunuz enerji təminatını avtomatik dayandırırsa telefonunuzun bu vəziyyətdə qalması heç bir problem yaratmayacaq. Əlavə enerji ilə yüklənmiş də olmayacaq. Bunu telefonun yuxarısında yerləşən batareya göstəricisinin üzərindəki elektrik işarəsindən bilmək olar.
3. Telefonunuzun batareyasının hər dəfə 100%-ə qədər dolması məsləhət görülmür. Batareyanı 80-40 arasında saxlamağınız daha uyğundur. Müasir litium-ion batareyaların tam doldurulmasına ehtiyac yoxdur. Battery University saytına əsasən qeyd edə bilərik ki, enerji tam doldurulduqda gərginlik batareyanın ömrünə zərər verir.
4. Bəzən gecədən-səhərə qədər mobil telefonlarımızı enerjidə saxlayırıq. Lakin telefonunuzun tez-tez və az miqdarda enerjiyə qoşmağınız batareyanızın sağlamlığı üçün ən yaxşı seçimdir. Battery University-in məlumatına görə 10% və ya 20% enerji təminatının əhəmiyyəti yoxdur. Qismən enerji təminatı batareyaya zərər vermək əvəzinə daha da xeyirlidir.
5. Çalışın enerjini 0%-ə qədər istifadə etməyin. Ayda bir dəfə sıfıra endirməyiniz normal sayıla bilər.Əks halda bu batareyanın ömrünü azaltmış olacaq. Batareya səviyyəsini 65% və 75% aralığı ən ideal hesab olunur.Batareya səviyyəsini bu aralıqda qoruduğunuz müddətcə ömrü də uzun olacaq.