Smartfonunuzun batareya ömrünü uzatmaq üçün 4 məsləhət!

Batareya ömrü smartfonlar üçün ən mühüm problemlərdən biridir. Buna görə də sizlərə batareya ömrünü uzadan 4 məsləhət veririk.
Müasir cihazların ən böyük problemlərindən biri batareya ömrüdür. Ona görə də alimlər batareyaların ömrünü uzatmaq və enerji tutumunu artırmaq məqsədi ilə bir çox tədqiqatlar aparırlar. Daha uzun ömürlü batareyalar gələnə qədər isə əlimizdə olanlarla kifayətlənməliyik.

İndi isə batareyaların ömrünü uzadacaq məsləhətlərlə tanış olaq!


1. Tam boşalmadan şarj edin

Litium-ion əsaslı smartfon batareyaları tez-tez 0%-dək boşalanda onların ömründə azalmalar müşahidə edilir.



Battery University-nin yayımladığı cədvələ görə 50%-ədək boşaldıqdan sonra şarj edilən smartfon batareyalarının ömrü digərlərinə nisbətən daha uzun olur.


2. Tam dolduqdan sonra şarjı davam etdirməyin

Litium-ion batareyaların tam dolmağa ehtiyacı yoxdur. Bu batareyalar üçün ideal enerji faizi 40-80% aralığıdır. Bu aralıqda batareyaların ömrü daha uzun olur. Əgər siz 100%-ədək şarj edirsinizsə onda batareya tam dolduqdan sonra şarjı davam etdirməyin. Çünki bu batareyaların ömrünü ciddi dərəcədə azaldır.




3. Ayda 1 dəfə tam boşaldın

Ayda 1 dəfə batareyanızın tam boşalması vacibdir. Çünki smartfonlarda litium-ion əsaslı batareyalara əlavə olaraq "ağıllı batareya sistemi" adlandırılan bir sistem var. Ona görə də istehsalçılar ayda 1 dəfə batareyanın tam boşalmasını məsləhət görür.




4. Sərin saxlayın

Bu çox da əhəmiyyət verilməyən amma olduqca mühüm mövzudur. Uzun müddət dayanmadan istifadə olunduqda və ya çox yüksək performans tələb olunduqda batareyalarda isinmə baş verir. Zamanla naqilləri köhnəldən bu vəziyyət batareyaların da ömrünü azaldır. Buna görə də telefonlarınızı isinməkdən qoruyun və fasiləsiz olaraq uzun müddət istifadə etməyin.