Google Play istifadəçilər üçün lazımsız olan tətbiqləri sildi . Bu tətbiqlərin Play Store-a gəlməsinin ən başından qarşısını almaq, gəlmiş olanları da dərhal aradan qaldırmaq üçün firma davamlı olaraq çalışır. Google Play-in Məhsul İdarəçisi Andrew Ahn-ın dediyinə görə 2017də Google firmanın siyasətlərini pozan 700.000-dən çox tətbiqi mağazasından silmişdir. Bu say 2016-cı ildəkindən 70% çoxdur. A. Ahn belə açıqlama verib: "Yalnız lazımsız tətbiqləri ləğv etməklə yekunlaşmadıq , onların əvvəldən qəbul olunmasının qarşısını aldıq. Hətta, bu lazımsız tətbiqlərin 99%-i istifadə olunmamışdan əvvəl təyin olunub və silinib." Həmçinin Ahn açıqlayıb ki, 100.000-dən çox istifadəçi bloklanıb. Silinmiş tətbiqlər aşağıdakı kateqoriyalardadır: - Nüsxələr: Populyar tətbiqlərin oxşarları
- Yanlış məzmun: ifrat zorakılıq, nifrət və qeyri-qanuni hərəkətlər təblığ edən tətbiqlər
- Potensial zərərli proqramlar: İnsanlara və cihazlara zərər verə bilən zərərli proqram.