Play Store-da 26 Oktyabrda görməyə başladığımız dizayn dəyişiklikləri özünü daha qabarıq göstərdi. Hələ məhdud sayda istifadəçiyə açılan dəyişikliklər yəqin ki zamanla hər kəsə təqdim ediləcək.
İlk diqqəti çəkən dəyişikliklərdən bir dənəsi hər hansı bir tətbiqə toxunduqdan sonra gələn tətbiq ekranındakı "Yükle" düyməsinin genişləndirilmiş olmasıdır. Yenilənən dizaynda düymə sağ tərəfdə deyil, üfüqi olaraq bütün ekranı örtəcək şəkildə göstərilir. Düymənin altındakı nişanların görünüşü isə dəyişdirilmiş və sayı ikiyə düşmüşdür.
Əslində ilk gözə çarpan dəyişiklik Play Store-un əsas səhifəsindədir. Google ana səhifədə daha çox tünd yaşıla yer verir və beləcə Hangouts-un rənglərinə yaxınlaşır.
Play Store-daki dəyişikliklərin bəziləri Hindistanda bəzi istifadəçilərə təqdim edilməyə başlayıb. Dəyişikliklərin başqa yerlərdə görünüb görünmədiyi isə hələlik bilinmir.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .