Android istifadəçilərinin tez-tez qarşılaşdığı təhlükəsizlik problemlərinə bir yenisi daha əlavə olunub. Yaxın günlərdə kəşf edilən bir təhlükəsizlik zəyifliyi Google Play Store-dakı yüz minlərlə tətbiqə birbaşa təsir edir.
Smartfonların ayrılmaz bir parçasına çevrilən tətbiqlər bəzən təhlükəsizliyin aşağı düşməsinə də səbəb ola bilir. Yeni kəşf edilən təhlükəsizlik açığı da buna misal göstərilə bilər.
Bəzi tətbiqlərin öz istifadəsi adı ilə smartfonlarda açtığı portların köməyi ilə hackerlər həmin cihazların əməliyyat sisteminə müdaxilə edə bilirlər. Olduqca geniş səlahiyyətlər ilə sistemə müdaxilə edən hackerlərin bu işi görməsi üçün isə sadəcə 2 dəqiqə vaxt lazımdır. Bu cür bir "açıq"dan qorunmağın hələki bir üsulu tapılmayıb, lakin Google-un tezliklə port idarəsi ilə bağlı bir dəyişiklik etməsi gözlənilir.