Texnologiya nəhəngi Google Pixel telefonlarını HTC tərəfindən istehsal etdirirdi . Telefon bazarındakı tərəfdaşını gücləndirmək istəyən Google keçdiyimiz ilin sonlarına doğru HTC-ni tərkibinə qatacağını açıqlamışdı.
Bu gün isə Google tərəfindən HTC-nin rəsmi olaraq alındığını qeyd edən məlumat yayıldı. Google HTC-nin bir hissəsini 1,1 milyard dollara satın aldığını Google Blog üzərindən rəsmi olaraq açıqladı.
Pixel telefonlarının arxasındakı komanda Google-a qoşularkən, nəhəng Tayvanlı HTC isə Vive, VR-də rəqabət etmək üçün öz markası altında mobil cihazların istehsalına davam edəcəklərini söylədi. HTC ayrıca AR, AI və IoT texnologiyasında yeniliklər edəcəyini vurğuladı.
Google-un təchizatlarından məsul olan SVP Rick Osterloh "Google olaraq ən yaxşı süni zəka, proqram təminatı və təchizatını bir araya gətiririk. Yeni texnologiyalarımız sayəsində dünyadakı insanlara faydalı təcrübələr təqdim edirik. Bu missiyamız istiqamətində yeni komanda yoldaşlarımızla işə başlayırıq." kimi açıqlama verdi.