Galaxy S8 üçün yeniləmə gəldi

Samsung Galaxy S8 və S8+ modelləri üçün yeniləmə yayımlayıb. Bəs bu yeniləmə özü ilə birgə hansı özəllikləri gətirir?
Samsung-un yuxarı seqment smartfonları Galaxy S8Galaxy S8+ qısa bir müddət öncə satışa çıxmışdı. Ancaq satışa çıxdıqdan sonra Galaxy S8 modellərində bəzi problemlər aşkarlandı və bu problemləri həll etmək üçün şirkət bəzi yeniləmələr yayımlamışdı. Bu gün isə Galaxy S8 və S8+ modelləri üçün daha bir yeniləmə yayımlandı. 615 MB böyüklüyəndəki bu yeniləmə Bluetooth bağlantısını və dəqiqliyini inkişaf etdirəcək. Galaxy S8 sahibləri Bluetooth axtarışı edən zaman yaxınlıqdakı cihazların görünməməsi və ya cihazlar ilə olan əlaqənin tez-tez qopmasından şikayətlənirdi. Məlumata görə problem son yeniləmə ilə tam həll olunub.

Yeniləmə ilə SD kart sabitliyi də inkişaf etdirilib. Əlavə olaraq SD kart oxuma və SD kartdan istifadə prosesinin artıq problemsiz olacağı vəd edilib. Yeniləmə daxilində son olaraq bəzi xətaların düzəldilməsi və performans yaxşılaşdırılması yer alıb. Hal-hazırda BƏƏ-də satılan Galaxy S8 modelləri üçün yayımlanan yeniləmənin önümüzdəki həftələrdə Avropa ölkərində də yayımlanması gözlənilir.