Bir neçə Galaxy S8 istifadəçisi isə səsucaldıcının 2sm yaxınlığına toxunduqda səsin yenidən açılmasını kəşf etdi. Bunu təkrarlamaq isə yenidən səsin kəsilməsinə səbəb olur. Bu da o deməkdir ki, istehsal zamanı səsucaldıcıya bağlı olan naqillərin yerləşdirilməsində xətaya yol verilib.
Samsung hələki problemli cihazları yeniləmə ilə bərpa edəcəyini iddia edir və ən pisi isə cihazların bərpa edilməməsi təqdirində onların qaytarılmasını və ya dəyişdirilməsini rədd edir.
Səs ilə bağlı bir problem varsa telefon nə qədər yaxşı olursa olsun satışlar azalacaqdır. Müştəri xidmətləri mövzusunda da tənqidlər alan şirkət bu işə artıq bir əl atmalıdır. An etibarı ilə dünyada onlarla "çox yüksək səviyyəli" smartfon istehsalçısı var və Samsung insanlar üçün yeganə seçim deyil. İstifadəçi haqqlarını təmin etməyən bir şirkətin məhsulunu almağa dəyərmi?!