iPhone-da tapmayacağınız 8 Galaxy S8 özəlliyi

Samsung Galaxy S8 iPhone-larda olmayan bəzi özəlliklərə sahibdir. Bu da həmin özəlliklər:
Samsung-un ən yeni yuxarı seqment telefonu Galaxy S8-in bəzi özəllikləri var ki, bu özəlliklər əsas rəqibi olan Apple iPhone 7-də yer almayıb. Sizin üçün aşağıdakı siyahıda iPhone-da tapmayacağınız Galaxy S8 özəlliklərini bir araya topladıq.

1. Telefonun kilidini açmaq və gizli qovluqlara daxil olmaq üçün "göz qişası sensoru".

Samsung göz qişası sensorunun barmaq izi sensorundan daha təhlükəsiz olduğunu deyir. Galaxy S8 modellərində hər iki sensor yer alsa da, iPhone-da sadəcə barmaq izi sensoru yer alıb.

2. Daha böyük ekran.

Galaxy S8 5,8 , Galaxy S8+ isə 6,2 düymlük ekrana sahibdir. Ekran mövzusunda rəqiblər arasında fərq çox böyükdür. Elə ki, iPhone 7-nin ekranı 4,7 , iPhone 7 Plus-ın ekranı isə 5,5 düym böyüklüyündədir.



3. Naqilsiz enerji toplama.

Galaxy S8-i naqilsiz şarj yastığı ilə şarj edə bilərsiniz. Əlavə olaraq S8-in normaldan daha sürətli olan "Quick Charge" dəstəyi də var. iPhone-da isə bu özəlliklərin heç biri yoxdur.

4. Qulaqcıq girişi sayəsində standart qulaqcıqları taxa bilərsiniz.

Samsung modellərində illərdir gördüyümüz standart qulaqcıq girşi hələ də qalmaqdadır. Apple isə iPhone 7 modellərində standart qulaqcıq girişini ləğv etdi. Əgər əvvəlki qulaqcıqlarınızdan istifadə etmək istəyirsinizsə xüsusi çeviriciyə ehtiyacınız olacaq.



5. Samsung Pay standart maqnetik kredit kartı oxuyucularında ödəniş edə bilər.

Bu özəllik Samsung smartfonlarında bir neçə ildir olmasına baxmayaraq iPhone-larda hələ də yer almayıb. Bu özəlliyin qarşılığı kimi göstərilən Apple Pay-də isə xüsusi bir NFC pedindən istifadə edilməlidir.

6. Galaxy S8 Facebook-un Oculus tərəfindən dəstəklənən öz virtual reallıq proqramı ilə birgə gəlir.

iPhone Google Cardboard kimi bəzi VR qulaqcıqlar işləyə bilər, ancaq təbii olaraq VR-ı dəstəkləməz və özəlliklər son dərəcə məhduddur.



7. Galaxy S8-in arxasında ürək döyüntülərinin sürətini ölçən bir sensor var.

iPhone istifadə edərək nəbzinizi ölçmək istəyirsinizsə Apple Watch və ya başqa bir aksesuar almağınız lazım gələcək.

8. Galaxy S8-i özəl əlaqə yuvası vasitəsi ilə komputerinizə bağlayaraq masaüstü komputerinizi smartfonun əməliyyat sistemi ilə işlədə bilərsiniz.

iPhone-da isə bu özəllik cihazınızın ekranını daha böyük bir ekrana yansıtmaq ilə məhdudlanır.