Samsung-un tezliklə satışa çıxaracağı yuxarı seqment telefonu Galaxy S8 tamamilə şüşə və metal kimi yüksək keyfiyyətli materiallardan hazırlanıb. Bu materiallar telefona yüksək dayanıqlılıq xüsusiyyəti qazandırır. Telefonun ekranı cızılmalara qarşı Gorilla Glass 5 ilə qorunur.
Galaxy S8 əyilmir!
Əgər Samsung Galaxy S8-in yanma, əyilmə və cızılmalara qarşı nə qədər dayanıqlı olduğunu bilmək istəyirsinizsə, Did Peter Hrycluk tərəfindən hazırlanmış dayanıqlılıq testini sonadək izləyin.
Galaxy S8 yanma, əyilmə və cızılma testində
Samsung Galaxy S8 yanma, əyilmə və cızılmalara qarşı nə qədər dayanıqlıdır?