Apple 
WWDC 17 tədbirində professional istifadəçilər üçün 
iMac Pro modelini tanıtmışdı. Tədbirdə 
8 nüvəli 
Intel Xeon prosessorlu iMac Pro-nun qiymətinin 
4999 dollar olacağı deyilmişdi. Professionallar üçün ideal olan 4999 dollar qiymət seqmentinin bu gün ən yüksək göstəriclərlə hazırlanmış iMac Pro modelində daha da yüksəldiyi məlum oldu. 
Yeni yayılan xəbərə görə 
18 nüvəli Intel Xeon prosessor, 128 GB RAM, Pro Vega 16 GB HBM2 grafik əməliyyatçısı və 
4 TB SSD kimi özəllikləri olan ən güclü iMac Pro-nun qiyməti 
ABŞ-da 
17 min dollar olacaq ki, bu da təxminən 
28-30 min manat deməkdir.  
Sonda qeyd edək ki, yeni iMac Pro-nun satışları 
dekabr ayında başlayacaq.
