iPhone SE 2017-nin ilk görüntüsü yayılıb!

Apple-ın bu il satışa çıxarması gözlənilən SE 2017 modelinin ilk görüntüləri yayılıb!
Apple ötən ilin mart ayında ən son texniki özəlliklər ilə 4 düym ekranlı iPhone istifadə etmək istəyənlər üçün iPhone SE modelini satışa çıxarmışdı. Standart iPhone 5s rəngləri və əlavə olaraq Rose Gold rəng seçimi ilə gələn iPhone SE üçün Apple yenidən hərəkətə keçib.

Deyilənlərə görə Apple bu il də 4 düym ekranlı iPhone modeli istifadəyə verəcək. Bu model iPhone SE 2017 olaraq adlandırılacaq. Cihazın dizaynı isə iPhone 8 kimi olacaq. SE 2017-nin dizayn xəttləri 5s-ə deyil iPhone 7 modelinə daha çox bənzəyəcək. Kamera və fleş isə daha əvvəlki modellərdəki kimi üfüqi deyil, şaquli yerləşdiriləcək.

iPhone SE 2017-nin Jet Black rəng seçimi ilə gəlməsi də ən real iddialar arasındadır. Cihazın texniki özəllikləri haqqında hələki rəsmi məlumat olmasa da təxminlərə görə iPhone SE 2017 Apple A9 çipseti və 2 GB RAM ilə gələcək. Yayılan son iddia isə kameranın OİS (Optical Image Stabilization) dəstəyinin olmasıdır.