Apple uzun müddətdir ki, gözünü Android istifadəçilərinə dikib. Bir neçə il öncə Google Play Store-da yayımladığı Move to iOS tətbiqi ilə iOS-ə keçməyi asanlaşdıran Apple daha sonralar isə Android platformasını "qaralayan" reklam filmləri yayımlamışdı.  
Android-i iki zəif tərəfi - "Təhlükəsizlik" və "Donma" problemlərindən vuran Apple dünən yeni 3 reklam daha yayımlayıb. 
  
  
Security və Smooth adlanan bu 2 reklamda Android-in əsas problemlərinə toxunulub. Contacts adlanan aşağıdakı reklamda isə Android-dəki məlumatlarınızın asanlıqla iOS-a daşına bilinməsindən bəhs edilir. 
                            
                            
    
                        
                        Apple-dan Android-ə əks 3 yeni reklam filmi
 Apple yayımladığı yeni 3 reklam ilə istifadəçiləri iOS-ə yönləndirməyə davam edir.
                            Apple yayımladığı yeni 3 reklam ilə istifadəçiləri iOS-ə yönləndirməyə davam edir. 
                         
                    
                    
                         
     
                             
                             
                             
                             
                             
                             
                            