Apple loqosunu necə işıqlı etmək olar?! (Video izah)

Apple şirkəti bütün məhsullarında "dişlənmiş alma" şəklində olan loqosundan istifadə edir. Demək olar ki, hər kəsin tanıdığı bu loqo ilə yaxından tanış olaq:

Müasir Apple loqosu 1977-ci ildə Rob Janoff tərəfindən hazırlanmışdır. Ona bu loqonu hazırlamaq göstərişini dostu Steve Jobs vermişdir. Rob evində dilimlədiyi almalarla 2 ölçülü loqolar yaratmağa çalışmışdır. Çoxları loqodakı dişlənmiş hissəsinin diqqət çəkmək üçün əlavə olunduğunu düşünsə də bunun məntiqi izah vardır. Rob Janoffun loqoya dişlənmiş görkəm əlavə etməsinin səbəbi ingilis dilindəki "byte" və "bite" (dişləmək) eyni tələffüz olunmasıdır. Sonda hazırladığı loqo Steve Jobs tərəfindən bəyənilmiş və yeni loqo olaraq seçilmişdir.

İşıqlı Apple loqosu




İndi isə xəbərimizin əsas mövzusuna qayıdaq. Apple-ın Macbook cihazlarında tətbiq etdiyi "işıqlı loqo" ilə digər Apple cihazlarımızı necə təchiz edə bilərik? Bunun üçün aşağıdakı videonu diqqətlə izləyin.