Apple bu problemi həll etmək üçün hərəkətə keçdi !

"Musiqilərim hara itdi?" deyə narahatsınızsa... iTunes-da bir açığın musiqi fayllarını sildiyi haqqında dünən paylaşdığımız problem artıq öz həllini tapmaq üzrədir . Apple son günlərdə iTunes Music'də yaşanan cansıxıcı problemlərdən sonra hərəkətə keçdi və problemin həlli üçün bir neçə gün içində yeniləmələrin göndəriləcəyini bildirdi . Apple istifadəçilərindən gələn bir çox bildirişlər istifadəçilərin musiqi fayllarının özlərindən xəbərsiz olaraq kitabxanalarından silindiyi haqqında idi . Bu şikayətlər istiqamətində edilən araşdırmalar sistemdə bir açıq olduğunu ortaya çıxardı və problemin həlli istiqamətində işlər başladı. Apple spikerləri bu problemin çox az sayda istifadəçidə görüldüyünü ifadə edərək önümüzdəki həftənin başlanğıcında yeniləmələrin gələcəyini söylədi və istifadəçilərin hər hansı bir problemlə əlaqədar AppleCare ilə ünsiyyətə keçməsini tövsiyyə etdi . Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .