“Apple” kabelsiz qulaqcıq istehsal edəcək?

Hər kəsə məlum olan bir məlumat var ki, “Apple”-ın “iPhone 7”-də qulaqcıq girişi olmaya bilər. Bu şayiə olsa da, bunu güvənilir mənbələr deyir. Yeni yayımlanan şəkil yenidən ağılları qarışdırdı. Beləki, “Apple” tərəfindən alınan yeni patentin şəklindən görünür ki, yeni qulaqcıqlar cihaza Bluetooth ilə qoşulacaq. Bu da o deməkdir ki, şirkət bluetooth bağlantılı qulaqcıqlar istehsal edəcək. İşin maraqlı tərəfi budur ki, həmin qulaqcıq həm də kabel bağlantısına sahibdir və bu kabel 3.5 mm jack girişinə qoşulub. Bu da yeni şayiələrin yaranmasına səbəb olur. Beləki, yeni qulaqcıqlar həm kabel, həm də bluetooth bağlantısına sahib ola bilər. Ona görə “iPhone 7”-də qulaqcıq girişinin olacağını düşünə bilərik. Qeyd edək ki, bunların hamısı şayiədir və yeni modelin necə olacağını ancaq təqdimat zamanı görəcəyik.