ABŞ-ın ən böyük texnologiya şirkətlərindən olan Yahoo 2013-ci ildə 1 milyard istifadəçisinin hesab məlumatlarının ələ keçirildiyini bildirdi. Yahoo bu hadisənin yeni olduğunu və 2014-ci ilə aid 500 milyon istifadəçinin hesabına edilən kiber hücum ilə əlaqəsi olmadığını açıqladı. Müştərilərin maliyyə məlumatlarının "etibarda" olduğunu açıqlayan şirkət birjadakı hissələrinin 27/1000 -i itirdi.
California mərkəzli şirkətdən edilən yazılı şərhdə 2013-ci ildə edilən kiber hücum nəticəsində təxminən 1 milyard istifadəçisinin hesab məlumatlarının oğurlandığı bildirildi .
Oğurlanan məlumatlar arasında müştərilərin gizli məlumatları, e-poçt ünvanları, telefon nömrələri, doğum tarixləri və hesab doğrulama qeydləri iştirak edir.
Şərhdə 2013-cü ildə edilən kiber hücum hadisəsinin "dövlət dəstəkli" xakerlər tərəfindən reallaşdırıldığına inanıldığı ifadə edildi.
2014-cü ildə də 500 milyon istifadəçi məlumatı oğurlanmışdı !
Yahoo keçən ilin sentyabr ayında isə 2014-ci ildə 500 milyon istifadəçisinin hesab məlumatlarının oğurlandığını açıqlamışdı.
Son 4 ayda yaradıldığı andan ən böyük iki kiber hücum hadisəsini ictimaiyyətə bildirən Yahoonun təhlükəsizlik protokollarının nə dərəcədə etibarsız olduğu mübahisəli şəkildə Amerika mediasında yenidən müzakirəli məsələyə çevrildi .
İlk kiber hücumda kompüter piratlarının ələ keçirdiyi məlumatlar arasında 500 milyon istifadəçinin adı, e-poçt ünvanı, telefon nömrəsi, doğum tarixi, şifrəsi, hesab yoxlamaq üçün lazım olan təhlükəsizlik sualı iştirak edir .
ABŞ-ın ən böyük telekommunikasiya firmalarından Verizon keçən ilin iyul ayında Yahoonun əsas müəssisə vahidlərini 4,8 milyard dollara satın almaq üçün razılaşmaşdı. İlk kiber hücum xəbərlərindən sonra "müqavilə şərtlərinin yenidən müzakirə edilə biləcəyini" ifadə etmişdi.
Yeni kiber hücum şərhinin ardından dərhal sonra Yahoonun birjadakı hissələri 27/10000 hissə dəyərini itirdi.