Volterman adlı ağıllı pulqabı 512 MB RAM, daxili kamera və GPS kimi özəlliklərə sahibdir. Ağıllı pulqabınızı Bluetooth ilə smartfonunuza bağlaya bilərsiniz və bu yolla onu haradasa unutduqda o özü sizi telefonunuz vasitəsi ilə məlumatlandırır. Hətta bu pulqabını mobil telefonunuzu şarj etmək üçün də istifadə edə bilərsiniz.

Volterman-in ən yaxşı özəlliyi təbii ki, daxili kamerasıdır. Pulqabınız "itmiş" modunda olarkən ona baxan hər kəsin şəklini çəkir. Bu özəllik əlbətdə ki, istəyə bağlı olaraq istifadə edilir. Volterman-in batareya tutumu isə ölçüsündən asılı olaraq 2000 mAh ilə 5000 mAh arasında dəyişir. Qiyməti isə 98 dollardır.