ETNews tərəfindən nəşr olunan hesabatda Galaxy S9 və Galaxy S9 + kamerası və digər xüsusiyyətləri bəlli oldu.
Samsung-un yeni Galaxy S9 və S9 + qabaqcıl smartfon sənayesi və istehlakçıları maraqla gözlənilirdi. ETNews Samsung-un yeni modellərinin kamera xüsusiyyətlərini izah edən bir hesabat təqdim nəşr etdi.
Əvvəlki sızıntılardan bildiyimiz kimi Galaxy S9 f / 1.5-f / 2.4 diapazonuna malikdir. Dəyişən diyafram mexaniki bir texnologiyadır və daha yaxşı şəkillər çəkməsinə kömək edəcəkdir.
Bununla birlikdə böyük ekranlı Galaxy S9 + çüt arxa kameraya sahib olacaq və arxa kameralar da f / 1.5-f / 2.4 diapazonuna sahib olacaq. Yeni ikili kamera da foto və video keyfiyyətini yaxşılaşdıracaq və1000 fps-ə qədər yavaşladılmış çəkilişi dəstəkləyəcək.
Hesabatda bildirilir ki, Galaxy S9 8MP otofokuslu və iris skanerli bir ön kameraya sahib olacaq. Galaxy S9 + isə iris skaneri və ön kamera əvvəlki modellərdə olduğu kimi ayrı olacaq. Samsungun hansı səbəblə Galaxy S9-da kamera və iris skanerini bir yerdə təqdim etdiyi məlum deyil. Iris skanerli ön kameraları Cənubi Koreyanın Partron və MC Nex şirkətləri istehsal edəcək.
Hesabata görə, Samsung Exynos prosessoru ilə Galaxy S9-da yeni bir sxem (PCB) istifadə edəcək. Yeni tip sxemlərin əvvəlkilərindən daha incə və dar olduqları deyilir.
Samsung da Galaxy S9 üzərindəki toxunma qatını OLED ekranının kapsullama qatına birləşdirən Y-OCTA ekran texnologiyasından istifadə edəcək. Y-OCTA daha köhnə nəsil ekranlardan daha incədir və daha yaxşı optik xüsusiyyətlərə malik olmaqla həmçinin ucuzdur.
Hesabatda Galaxy S9-un 5.77 düyüm S9 + -un isə 6.22 ekrana və kameranın altında yerləşən barmaq izi skanerlərinə malik oacaöıda qeyd edilib.Bu skanerlər Tayvanın Aegis Technology şirkəti tərəfindən istehsal olunacaq.
Samsung Galaxy-nin yeni modelleri aşağıda qeyd etdiyimiz özəlliklərə malik olacaq.
- 5.8in / 6.2in QHD + Super AMOLED Curve ekran (570ppi / 529ppi)
- Android 8.0
- Qualcomm Snapdragon 845 (ABŞ) Samsung Exynos (Böyük Britaniya)
- 4 GB RAM / 6GB RAM- 64GB / 128GB / 64GB / 128GB / 256GB yaddaş dəstəyi
- Cat 18 LTE dəstəyi (1.2Gbps yükləmə sürəti)
- Arxa barmaq izi skaneri
- OIS ilə 12MP Dual Pixel kamera (f / 1.5, f / 2.4) / Şaquli ikili arxa üzlüklü kamera
- Xüsusi düymə ilə Bixby AI köməkçisi istifadə
- USB-C, 3.5mm qulaqlıq girişi
- Simsiz(naqilsiz) batareya dəstəyi
- IP68 su və toza qarşı davamlı olması
- Daxili FM radiosu
-DeX docking stansiyası