Samsungun Galaxy S9-u MWC 18-də tanıdılmasına saylı günlər qalır. Buna görə də smartfon haqqında yeni məlumatlar yayılır. Texniki xüsusiyyətləri və 3D Emoji xüsusiyyəti sızan Galaxy S9-un, indi də necə fotoşəkil çəkdiyi ortaya çıxdı.
F/1.5 diafraqma aralığı ilə ilə mobil sektora yeni bir nəfəs qazandıracaq olan Galaxy S9 Galaxy S8-i geridə qoydu.
Əldə olunan məlumatlara görə Galaxy S8 və Galaxy S9 ilə çəkilmiş bir fotoşəkil var. Soldakı fotoşəkil Galaxy S8, sağdakı fotoşəkil isə Galaxy S9 ilə çəkilmişdir.
Fotoşəkillərə nəzər yetirsək, Galaxy S9-un detalları yaxınlaşdırılmlış halda belə daha yaxşı yansıttğını söyləyə bilərik. Galaxy S9 ayrıca işığı balanslaşdıraraq parlaq nöqtələrdə kontrastı yüksəldərək ortaya daha təmiz bir görünüşün çıxmasını təmin edir.