Qualcomm MWC 2018-də Snapdragon 700 seriyasını Təqdim Etdi.

Snapdragon 700 seriyası orta və ortadan bir üst səviyyə telefonlarda istifadə ediləcək.Buda bizim üçün çox yaxşı bir xəbərdir ki,daha performanslı telefonları daha ucuz ala biləciyik.

Dünyanın ən böyük mobil prosessor istehsalçısı olan Qualcomm yeni prosessorlar barədə məlumat verib.Bekə ki,Qualcomm Snapdragon 700 seriyası haqqında məlumatı MWC 2018-də təqdim edib.700 seriya Snapdragon prosesorları 600 və 800 seriyası arasında öz yerini tutacaq və orta sinif  telefonlar üçün nəzərdə tutulub.Hal-hazırda ən güclü flaqman telefonlarda Snapdragon 845 modeli istifadə edilir.

700 seriya Snapdragon 600 seriyasından dahah performanslı olacaq və  daha ucuza çox yaxşı cihazlar əldə etməyimizə şərait yaradacaq.”Snapdragon 700 seriyası  cihazlara daha da  mükəmməllik gətirəcək və cihazlardakı performası dahada üst səviyyələrə qaldıracaq.” – ifadəsini Qualcomm-un vitse-prezidenti Alex Katouzian söyləyib.

Snapdragon 700 seriyası 600dən kamera ,performans,ümümi  güc baxımından  qat-qat üstün olacaq.Qualcomm 700 seriyasının 660 prosessoruna nisbətən 30% daha güclü və artımlı olacağını bildirmişdir.Bu artımla  batareyanın daha uzunömürlü olacağı iddia edilir.

Qualcomm Snapdragon 700 seriyalı prosessorlarını 2018-ci ilin ilk yarısı  telefon istehsalçılarına satacaq və bu prosessorlarla olan telefonlar isə təxmini olaraq  2018-ci ilin sonları və 2019 ci ilin əvəllərində satışa çıxarılması gözlənilir.Belə ki,700 seriyalı modellər CES 2019-da tanıdıla bilər.