Galaxy S9-un prosessoru Snapdragon 845 haqqında ilk məlumatlar!

Böyük ehtimalla 2018-də təqdimatı olacaq Samsung Galaxy S9-un prosessoru olacaq Snapdragon 845 haqqında ilk xəbərlər yayılıb.
Samsung ilə Qualcomm bu ilki yuxarı seqment smartfonlar üçün 10nm istehsal prosesi ilə Snapdragon 835 çipsetini istehsal etmişdi. Snapdragon 835-dən sonra diqqətlər gələn il Galaxy S9 ilə gəlməsi gözlənilən Snapdragon 845 çipsetinə yönəldi.

Bu gün Snapdragon 845 haqqında ilk məlumatlar yayılıb. Qualcomm 10nm istehsal prosesinin artıq kifayət etmədiyini bildirərək istehsal prosesini Snapdragon 845-də 7nm-ə qədər kiçildəcəyini deyib. "Gələcəyin istehsal prosesi" kimi adlandırılan 7nm-ə Kirin, MediaTek və Nvidia-nın da keçməsi gözlənilir. Bəs istehsal prosesinin 7nm-ə düşməsi istifadəçilərə nə qazandıracaq?



Deyilənlərə görə istehsal prosesinin 7nm olması performansı 25-35% arasında yüksəldəcək. Bu performans artımına baxmayaraq daha az enerji istifadə ediləcək. Beləliklə cihazların batareya ömrü də daha uzun olacaq.

2018-ci ildə istifadəyə veriləcək Snapdragon 845-i ilk olaraq Samsung Galaxy S9-un istifadə etməsi gözlənilir. Galaxy S9-un çıxmasından sonra eyni ilə bu il də olduğu kimi digər markalar da Snapdragon 845 ilə işləyən smartfonlarını satışa çıxaracaqlar.