Qualcommun yaxın vaxtlarda rəsmi olaraq elan etdiyi Snapdragon 845 prosessoruna malik olacaq telefonların siyahısı internetə sızıb.
Snapdragon 845 prosessoru hansı telefonlarda mövcud olacaq?
Qualcomm Snapdragon 845 prosessoru 2018-ci ildən etibarən ən güclü telefonlarda istifadə ediləcək. Bildiyimiz kimi, Snapdragon prosessorları ən çox istifadə edilən prosessorlar arasındadır.Snapdragon 845-in ən yuxarı səviyyə prosessor olduğunu bilirik və hansı modellərdə ilk dəfə istifadə olunacağı hamımız üçün maraqlıdır.
İnternetə sızan bu fotoşəkildə 2018-ci ildə Snapdragon 845 prosessoruna sahib olacaq telefonların siyahısını görürük.
Aprel ayında Xiaomi Mi7, May ayında HTC U12, OnePlus 6 və Xperia XZ Pro-A -nın isə iyun ayında təqdim edilməsi gözlənilir.İlin ikinci yarısından sonra isə LG V40, HTC U12 +, Moto Z 2019, Google Pixel 3 XL, Xperia XZ2 və Xiaomi Mi Mix 3 modelləri bu prosessordan istifadə edəcək. Samsung şirkəti Galaxy S9 + və Galaxy Note 9 modellərində bu prosessoru istifadə edecək.Başqa bir model isə LG G7 olacaq. Siyahıda olan sürpriz model isə LG G7 + olacağı gözlənilir.Çünki,LG G6 modeli digər modellərə nisbətən köhnə xarakteristikalar(Snapdragon 821,Gorilla Glass 3 və s.) ilə təqdim edilmişdi.
Ortaya çıxan bu məlumat doğru olarsa 2018-ci ildə bütün böyük markalar Snapdragon 845 prosessorundan istifadə edəcək .