Bu cihazda diqqət çəkən nüans Qualcomm-un Snapdragon 840 çipsetinin yerləşdirilməsidir. Geekbench-dəki siyahıya görə SM-G9600 kimi kodlaşdırılmış cihaz 1,77GHz sürətli 4 nüvəli prosessora sahibdir.
Cihazın özəllikləri haqqında artıq bir neçə iddia ortaya atılıb. İlk iddiada sdm 840 kodunun cihazın Snapdragon 840 ilə gəlməsinə işarə olduğu deyilir. Digər iddiada isə Snapdragon 840-ın 4 nüvəli Snapdragon 820 CPU-nun daha yaxşı GPU və modem ilə birləşdirilmiş prosessor olduğu deyilir.
Samsung-un yeni smartfonuna əlavə etdiyi məlum olan digər özəlliklər isə 4GB RAM və Android 7.1.2 Nougat əməliyyat sistemidir. Smartfonun ekranı və kamerası haqqında hələ ki, bir məlumat yoxdur amma yaxın günlərdə bu barədə də məlumatların yayılacağı güman edilir.
