Avtomobil qiymətinə iMac Pro!

Apple yeni iMac Pro-nun ən yüksək səviyyəli modelinin qiymətini açıqlayıb.
Apple WWDC 17 tədbirində professional istifadəçilər üçün iMac Pro modelini tanıtmışdı. Tədbirdə 8 nüvəli Intel Xeon prosessorlu iMac Pro-nun qiymətinin 4999 dollar olacağı deyilmişdi. Professionallar üçün ideal olan 4999 dollar qiymət seqmentinin bu gün ən yüksək göstəriclərlə hazırlanmış iMac Pro modelində daha da yüksəldiyi məlum oldu.

Yeni yayılan xəbərə görə 18 nüvəli Intel Xeon prosessor, 128 GB RAM, Pro Vega 16 GB HBM2 grafik əməliyyatçısı4 TB SSD kimi özəllikləri olan ən güclü iMac Pro-nun qiyməti ABŞ-da 17 min dollar olacaq ki, bu da təxminən 28-30 min manat deməkdir.

Sonda qeyd edək ki, yeni iMac Pro-nun satışları dekabr ayında başlayacaq.

Avtomobil qiymətinə iMac Pro!