Atari VCS oyun konsolu önsifarişə təqdim edildi.

Klassik oyun konsolları geri dönməyə davam edir.

Məşhur oyun konsollarından biri olan Atari-nin yeni VCS oyun konsolu önsifarişə təqdim edildi.  Atari VCS oyun konsolu Atari 2600 video kompyuter sistemindən ilhamlanaraq dizyan edilmişdir. Atari VCS oyun konsolu 2 seçimdə təqdim ediləcək. Taxta olan versiyası 299 dollar, ONYX dizaynlı isə 199 dollardan satışa təqdim ediləcək. Hər iki modeldə modern  klassik jostick mövcuddur.

ONYX dizayn.

Atari VCS retro tərzdə dizayn edilib amma texniki və donanım cəhətdən ən son texnoloji yeniliklər tətbiq edilib. Konsolun prosessoru AMD tərəfindən təchiz edilib. Konsol həm klassik, həmdə modern oyunları dəstəkləyəcək. VCS konsolu 4K görüntü, HDR  və 60 fps dəyərlərini bizlərə təqdim edəcək. Konsolun Bluetooth 5, USB 3 girişi və Wi-Fi var. Konsola qulaqcıq, mouse, klaviatura birləşdirə bilərsiz.

İndiegogo-da Atari VCS konsolunu önsıfarişlə əldə edə bilərsiniz. Oyun konsollarının 2019-cu ildə tam satışa təqdim edilməsi gözlənilir.

Atari VCS oyun konsolunun videosunu sizlərə təqdim edirik.