Asus Rog Swift PG27UQ Gaming monitoru haqqında ətraflı məlumat.

Məşhur Gaming markalarından biri olan Asus-un yeni bir modeli olan Asus Rog Swift PG27UQ modeli haqqında sizlərə məlumat verəciyik. Bildiyimiz kimi Asus hal-hazırda Gaming sahəsində öz yenilikləri ilə digər markalarla rəqabətdədi. Asus-un təqdim etdiyi Gaming modelləri həm xüsusi dizayn, həm gözəllik, həm də texniki xüsusiyyətləri ilə bazarda seçilən markalardan biridir. Bugün sizlərə təqdim edəcəyimiz model Gaming monitor-du. Bilirk ki, oyunçular üçün əsas önəm daşıyan Gaming hissələrindən biridir.

PG27UQ modeli texniki xüsusiyyətləri ilə bizləri özünə cəlb edir. 4K UHD görüntü keyfiyyətinə malik bu Gaming monitor oyunlardan böyük bir həzz alacağınızına zəmanət verəcək desək yalan olmaz. Bu Gaming monitorun əsas özəlliklərindən biridə 4K UHD keyfiyyəti ilə yanaşı 144Hz-ə malik olmasıdır. Çünki, bu iki özəlliyin bir yerdə olması monitorun çox böyük dəyərə sahib olduğunu göstərir.

PG27UQ monitorunun texniki xüsusiyyətləri aşağıdakı kimidir:

27 düymlük 4K UHD ( 3840x2160), overclock ilə 144Hz-ə kimi yeniləmə əldə etmək olar. Həmçinin super smooth oyun vizualı təqdim edir.

Nvidia G-SYNC HDR özəlliyi. Bu özəllik ən parlaq və ya ən qaranlıq səhnələrdə düzgün kontrast seçərək, bizə ən yaxşı görüntü göstərir.

Quantum-dot İPS ekran və DCİ-P3 rəng aralığı var.

Asus Aura SYNC texnologiyası ilə 16.8 milyon rəng seçimi təklif edir. Başqa Asus avadanlıqları ilə birlikdə rəng seçimini idarə etmək və bəzi özəl effeklərdən istifadə etmək mümkündür. Yeni Asus ROG logosunu istənilən rəngə çevirmək mümkündür.