Android telefonunuzu Windows Phone-a döndərin

Bu tətbiq vasitəsilə Adnroid telefonunuzu "Lumia"-ya çevirə bilərsiniz

ANDROİD TELEFONLARA WINDOWS

Nokia Lumia bəlkə də artıq tarixin tozlu səhifələrinə qarışmış ola bilər, lakin özünə məxsus dizaynı, kvadrat hissələrdən ibarət olan ana səhifəsi ilə bir çox istifadəçinin sevimlisinə çevrilmişdi. Artıq bu təcrübəni Android telefonlarda da yaşamaq mümkündür.  

SquareHome 2

SquareHome 2 əsasən Windows 10 Mobil versiyasına əsaslanır. Burada da Windows Phone-da olduğu kimi kvadrat "icon"-lar yaratmaq mümkündür. Həmçinin, SquareHome 2-də bir-birindən cəlbedici divar kağızları da var. Bununla yanaşı, proqram birdən çox rəng seçimi, xüsusi şriftlər təklif edir. Cihazınızın standart görünüşündən sıxılmısınızsa və Windows Phone-un ana ekran dizaynını sevirsinizsə, SquareHome 2-dən istifadə edə bilərsiz.