Son vaxtlar qərb ilə gərginləşən münasibətlərdən sonra hərbi xərclərini artıran Rusiya insansız kamikadze tankını test etdi.
İnsansız texnologiyaya önəm verən Rusiya, "Nehreta" adlı modelin testində uğurlu nəticə əldə etdi. Kamikadze missiyalarında istifadə edilməsi planlaşdırılan model yekun testlərdə gözləntiləri aşdı.
İnnovasiya Tədqiqatları İdarəsinin müdiri, polkovnik Oleq Pomazev, robot tanklarının əhəmiyyətli bir mərhələdən keçdiyini söyləyib. Texnoloji silahla bağlı edilmiş açıqlamada "Nehreta"nın insan modellərindən daha yaxşı performans göstərdiyi vurğulandı. ABŞ ordusunun baş katibi general Mark Milley müxtəlif yeni texnologiyalardan istifadə etdiyini və Rusiyadan daha öndə olduqlarını qeyd edib.