Amerika Kosmik Agentliyi (NASA) Günəş Sistemindən kənarda 104 planet olduğunu və bunlardan ikisinin həyat üçün əlverişli olduğunu bildirdi.
Kosmos teleskopu Kepler ilə edilən müşahidələr nəticəsində Günəş Sistemindən kənarda 104 planet olduğunu bildirən NASA bunlardan dördünü araşdırdıqlarını və onlardan ikisinin Yer kürəsi ilə bənzər həyat xüsusiyyətlərinə sahib olduğunu açıqladı.
Dünyadan 181 işıq ili uzaqlıqda olan K2-72 ulduzunun həyat üçün əlverişli şərait olan bir bölgədə olduğunu qeyd edən NASA tədqiqatçıları həmçinin burada suyun da tapılma ehtimalının olduğunu ifadə etdilər. NASA-nın mövzuyla əlaqədar rəsmi açıqlaması belədir: "Merkurinin Günəşə yaxınlığından daha yaxın bir orbitə sahib olsa da, K2-72 kimi bir ulduzun ətrafında dönən bir planetdə həyatın olması ehtimallar daxilindədir."
Kəşflərin North Gemini teleskopu, Havaydakı W.M.Keck Rəsədxanası, Kaliforniya Müşahidə Universitetinin Avtomatik Planet Teleskopu və Arizona Universitetindəki bir teleskop ilə əldə edilən məlumatlar topululuğu ilə edildiyi bildirildi.
Kepler bu 104 planetlə birlikdə Günəş Sistemindən kənarda 2000-dən çox planeti kəşf etmiş oldu.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .