NASA 3 ulduzlu planet kəşf etdi!

Amerikanın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 3 ulduzu olan və kütləcə Yupiterdən 4 dəfə böyük planet kəşf etdi. NASA tərəfindən verilən açıqlamada dünyanın ən böyük teleskoplarından biriylə işləyən astronomların etdiyi kəşfi HD 131399Ab adlandırdıqları və planetin 16 milyon yaşında olduğu təxmin edildiyi bildirildi. 4 Yupiter kütləsindədir ! 4 Yupiter kütləsində və 580 dərəcə temperaturda olduğu qeyd olunan planetin Günəş Sisteminin təxminən 340 işıq ili uzaqlığında olduğu bildirilir.


Çilinin şimalındakı Avropa Cənub Rəsədxanasının nəhəng teleskopuyla işləyən Arizona Universitetinin Astronomiya və Kosmos Elmləri üzrə professoru, NASA-nın baş tədqiqatçılarından biri olan Dr. Daniel ilə Arizona Universitetinin doktorantı Kevin Wagner etdikləri kəşfi elmi jurnalda nəşr etdirdilər. BİR İLK! Daniel HD 131399Ab'nin birbaşa müşahidə edilə bilən nadir kənar planetlərdən biri olduğunu və maraqlı dinamik konfiqurasiyasıyla da bir "ilk" olduğunu qeyd etdi. Yeni planetin "çaşdırıcı və ekstremal , bir az da qeyri-sabit" olduğunu ifadə edən astronomlar "yeni planet sistemdəki ən böyük kütləli ulduzdan daha çox uzaq olsaydı sistemin xaricinə atılardı. Kompüter simulyasiyalarımız bu cür orbitin sabit ola biləcəyini göstərir. Lakin, çox az bir dəyişiklik edildikdə çox qısa bir müddətdə qeyri-sabit ola bilir." şərhini verdilər. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .