İlk dəfə olaraq DDR5 Ram-ın prototipi hazırlandı.

Hal-hazırda bazarda DDR4 ram-ları geniş şəkildə satılır. Amma DDR5 ram-lar haqqında məlumatlar fasiləli olaraq bizlərə təqdim edilir. Sizə təqdim edəcəyimiz bu xəbərdə DDR5 ram-ların ilk prototip versiyası hazırlanıb. Bu ram-ı Cadence Micron şirkətləri bir işləyərək  DDR5-4400 prototipini təqdim ediblər. Cadence DDR5 yaddaş idarəçisiniPHY-ni , Micron isə 7 nm texnologiyasına sahib olan 8 GB çiplərini istehsal edib. Bu iki hazırlanan materiallar birləşdirilərək  DDR5 prototipi tam şəkildə hazırlanıb. Bu DRR5 prototipin işləməsi üçün 1.1W enerji lazımdır.

Cadence direktoru Marc Greenberg DDR5 ram-ların əsasən yaddaş hissəsinə fikir veriləcəyini deyib. Yəni yeni ram-lar əsasən serverlər məlumat mərkəzlərini üçün faydalı olacaq. Bu  DDR5 ram-ların yeni özəlliklərindən biri isə ram-ların şaquli vəziyyətdə dura bilməsidir. Ram-ların şaquli həcmlərnin artırılması onların performansına ciddi şəkildə təsir göstərəcək. Bu isə ram-lar üçün mənfi haldır.

 

Deyilənə görə DDR5 ram-lar ilk olaraq serverlərdə istifadə olunacaq. Bunun isə 2019 ci ildən tez görmək mümkün olmayacaq. Bəzi məlumatlar görə DDR5 ram-lar 2020-ci ildən kütləvi olaraq satışa təqdim edilə bilər.