Nvidia Mobil GPU-larını təqdim edə bilər.

Hal-hazırda GTX 10-cu seriyasının davamı olacaq GTX 11 seriyası haqqında bəzi sızıntılar internetdə var. Yaxın zamanlarda isə  Nvidia GTX 11 seriyalı ekran kartlarını bizlərə təqdim edəcək. Bu 11-ci seriya ekran kartları GTX 10-cu seriyadan üstün olacağı hərkəs tərəfindən bilinir. Bu xəbərlərdən sonra daha bir mühüm məsələ internetdə yayılıb. Belə ki, GTX 11-ci seriyanın Mobil GPU-larıda təqdim edilə bilər.

Bu mühüm xəbər, forumların birində olan söhbətdən. Müştəri-“Gigagbyte Aero 15X modelinin yeni bir yüksək səviyyə modelinin təqdim edilib edilməyəcəyini” soruşub. Gigabyte-nin cavabdeh şəxsi isə cavab olaraq qeyd edib ki, “yeni nəsil GPU-ların təqdim edilməsinə kimi yeni bir Gigabyte Aero 15X modeli təqdim etməyəcəklərini və bu modelin yeni bir yuxarı səviyyəsinin 2018-ci ilin sonlarında təqdim edilə biləcəyini” deyib.

Yeni GTX 11 -ci seriya ekran kartlarının 1-2 aya təqdim edilməsi gözlənlir. Bu zaman Mobil GPU-larında təqdim ediləcək. Mobil GPU-lar haqqında məlumat hələki yoxdur.