Gaming aksessuarlar istehsal edən Corsair monitorda istehsal edəcək.

Məşhur Gaming aksessuarları istehsal edən markalardan olan Corsair monitor istehsal edəcəyini açıqladı. Əsasən klaviatura, sıçan, fan, enerji təchizatı, prosessor soyuducusu, ram, case yaddaş kimi məhsul istehsal edən Corsair artıq monitoların üzərində işlərin getdiyini və bazara bu məhsullunda çıxarılacağını yayılan məlumatdan görünür.

Corsair-in iş elanında bu xəbər öz əksini tapıb. Xəbərdə monitorlar barədə iş təyinatı göstərilib. Hətta bu sahə üçün müdirlikdə yaradılıb. Şirkətin bu monitorları nə vaxt təqdim edəcəyi bilinmir. Amma 2018-ci ilin sonlarına kimi şirkətin bu sahə ilə nə kimi fikirlərinin olduğunu görəciyik.