Həm Apple-ın qırmızı iPhone 7 modeli, həm də Samsung-un yeni təqdim etdiyi Galaxy S8 modeli dizayn və özəlliklər cəhətdən inkar olunmayacaq qədər mükəmməl telefondur. Bu telefonların hər birinin özünə məxsus əməliyyat sistemi, dəstəklədiyi tətbiqlər və başqa özəlliklər var.
Bu üst seqment telefonlar bundan öncə sürət testində qarşılaşmışdılar. Bu testin qalibi Apple iPhone 7 Plus olmuşdu. Həmin test videosunu aşağıdakı keçiddən izləyə bilərsiniz.
Bu telefonlar suya düşərsə nə olar?
Öncədən qeyd edək ki, həm Galaxy S8-in, həm də iPhone 7 Plus-ın suya qarşı böyük dayanıqlılığı var. iPhone 7 Plus-da IP 67, rəqibində isə IP 68 sertifikatı var.
EverythingApplePro adlı bir YouTube kanalı bu suala cavab alacağımız bir test videosu yayımlayıb. Bu cihazların suda batanda necə işləməsini və suda performanslarını ön plana çəkən test videosunu aşağıdan izləyə bilərsiniz.