iPhone 7 Plus sürət testində Galaxy S8-i geridə qoydu!

iPhone 7 Plus ilə Galaxy S8 sürət testində qarşı-qarşıya gəldi!
Keçən ilin ən güclü telefonu Apple iPhone 7 Plus ilə təxminən 1 həftə əvvəl təqdimatı olan Samsung Galaxy S8 sürət testində qarşı-qarşıya gəlib. Tətbiqləri açmaq sürəti, kamera sürəti, internet səhifələrini yükləmək sürəti və telefonun boot (açılma) müddəti kimi fərqli testlərin sonunda bu iki rəqibin hansının daha güclü olduğu məlum olub.

Tətbiqləri açmaq sürəti və yüklənmə müddətlərində iPhone 7 Plus Galaxy S8-i geridə qoymağı bacarıb. Geekbench 4 testində isə tək nüvəli bölmədə iPhone 7 Plus rəqibinin 2 qatı qədər performans göstərib.

Həmin test videosunu aşağıdan izləyə bilərsiniz.