Lyor Cohen "South by Southwest" musiqi festivalında verdiyi açıqlamada platformanı pulsuz musiqi servisi olaraq istifadə edənlərə çoxlu reklam göstərmək istədiklərini bildirib.
Spotify və Apple Music ilə rəqabət aparacaq bir musiqi servisi üzərində işləyən Youtube saytda insanların çoxunun musiqiyə qulaq asdığını nəzərə alaraq onları yeni xidmətə yönləndirməyə çalışacaq.
ÖDƏNİŞLİ XİDMƏTƏ YÖNLƏNDİRƏCƏK
Sözsüz ki, "Stairway to Heaven" dinlədikdən sonra qarşınıza çıxan reklam sizi o qədər də məmnun etməyəcək. Youtube bununla Spotify-da olduğu kimi istifadəçiləri bezdirən reklamları qarşılarına çıxardıb daha sonra onları ödənişli bir sistemə yönəldəcək.
Bu reklamların nə zaman aktiv ediləcəyi barədə məlumat yoxdur.