YouTube sayt üzərindən canlı yayım xüsusiyyətini istifadəçilərə təqdim etməsinin ardından indi də televiziyadan canlı yayım xidməti verəcəyini açıqladı.
YouTube daha əvvəl sayt üzərindən canlı yayım xidmətini istifadəçilərinə verməyə başlamışdı. Facebook, Periscope, Twitch kimi platformalar ilə birlikdə istifadəçilərdən müsbət rəylər alan YouTube bu xüsusiyyətinin əhatəsini genişləndirməyi planlaşdırır. Belə ki YouTube yaxın zamanda televiziya kanalları üçün canlı yayım xidməti verməyə hazırlaşır.
YouTube-un ilk mərhələdə bu xüsusiyyəti mərkəzi ABŞ-da yerləşən ESPN, ABC, CBS kimi televiziya kanallarında aktiv hala gətirməsi gözlənilir. Sözü gedən kanalların bir YouTube kanalına sahib olmasıyla birlikdə yeni xüsusiyyət sayəsində kanalın canlı yayım seçimində YouTube-dan istifadə edə biləcəyi bildirilir.
Bazardakı Amazon, Netflix kimi şirkətlərin YouTube-un bu xüsusiyyətinin ardından var gücü ilə rəqabətə girəcəkləri qaçılmazdır. Bu kimi şirkətlərin Alexa statistikalarına görə dünyada Google-dan sonra ən çox ziyarət edilən ikinci sayt olan YouTube ilə girəcəkləri rəqabətdə necə bir nəticə alacaqları maraq doğurur.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .