YouTube-da gizli qara mövzu necə aktiv edilir?

Bu xəbərimizdə sizlərə YouTube-da gizli qara mövzunu aktiv etməyi addım-addım izah edəcəyik.
Google məşhur browser Chrome üçün yayımladığı son yeniləmə ilə YouTube-da "qara mövzu" özəlliyini gizlincə istifadəyə verdi. Chrome 57 ilə gələn YouTube-dakı qara mövzu özəlliyini necə aktiv etmək olar?

İlk olaraq cihzaınızdakı Chrome-un ən sən versiya olub-olmadığını yoxlayın. An etibarı ilə ən son versiya 57.0.2987.133 olaraq görünür. Əgər Chrome-unuz ən son versiyadırsa o zaman aşağıdakı addımları diqqətlə izləyin.




YouTube-da gizli qara mövzu necə aktiv edilir?

1-ci addım: YouTube-da hesab yaradın. (əgər hesabınız yoxdursa)
2-ci addım: YouTube ana səhifəsinə girin.
3-cü addım: YouTube ana səhifəsində Ctrl + Shift + I düymələrinə basın.
4-cü addım: Aşağıda açılan pəncərədə "Console" bölməsinə keçin.
5-ci addım: Console bölməsinə document.cookie="VISITOR_INFO1_LIVE=fPQ4jCL6EiE"; yazısını yapıştırın.
6-cı addım: Səhifəni yeniləyin və hesabınızdan çıxış edin.
7-ci addım: YouTube hesabınıza yenidən daxil olun.
8-ci addım: Sağ üst tərəfdə yerləşən "hesabınız" ikonuna toxunun və "Koyu renk modu" (qara mövzu) özəlliyini aktiv edin.