Uzun illərdir YouTube-un gözlənən özəlliyi nəhayət ki rəsmi olaraq gəldi. İndi videoları birbaşa YouTube proqramı vasitəsilə yükləmək mümkündür.YouTube-un çatışmamazlığı olaraq bilinən "video download" indi rəsmi olaraq gəlir. Böyük ehtimalla artan üçüncü tərəf saytları və istifadəçilərin digıər saytlara müraciət etməsi YouTube-un bu qərarı verməsinə səbəb olub. Artıq yaxın gələcəkdə heç bir ödəniş ödəmədən, videoları istənilən keyfiyyətə telefonumuza yükləyə bilərik. Google ilk olaraq bu özəlliyi Livan, Hindistan və İraqdakı Android istifadəçiləri üçün istifadəyə verdi. Bu özəllik qısa müddətdə ölkəmiz və bütün dünyada istifadəçilər üçün aktiv olacaq. IOS istifadəçilərinin taleyi hələlik məlum deyil, lakin təxminlərə görə iPhone və iPad istifadəçilərinin də bu özəllikdən istifadə edə biləcəkləri gözlənilir.
Hələki bu özəllik yalnız mobil telefon istifadəçiləri üçün nəzərdə tutulub və bunun PC -lərə nə zaman tətbiq olunacağı məlum deyil.