Universitet tələbələrindən danışan əlcək ixtirası

Bu dəfəki "Danışan əllər" adlı elektron əlcək daha üstün xüsusiyyətlərə sahibdir.

Konyada Səlcuq Universitetinin (SÜ) iki magistr tələbəsi işarə dilini səsə və yazıya çevirə bilən ,eşitmə çətinliyi olan insanların ünsiyyətini asanlaşdıracaq “Konuşan Eller” adlı mobil əlcək istehsal ediblər.
SÜ-də Kompüter Mühəndisliyi ixtisasında təhsil alan Uğur Mutlu Kalaycı və Fatma Kevser Aslan eşitmə problemi olan insanların çətinlik çəkmədən həyatlarına uyğunlaşa bilmələri üçün birgə fəaliyyətə başlayıblar. Şagirdlər ilin sonunda Türkiyə Elm və Texnoloji Araşdırma İdarəsindən (TÜBİTAK) aldıqları dəstəklə işarə dilini səsə və yazıya çevirə bilən "Konuşan Eller" adlı əlcək hazırlayıblar.

Əlcəkdəki sensor  barmaqlarındakı hərəkəti  hiss edir və bluetooth cihazı bu işarə dilini Android proqramı ilə işləyən smartfona göndərir. Telefon da qəbul edilmiş işarə dilini səsli və yazılı formada şəxsə göstərir. Əlcəyin işləməsi üçün tam doldurulmuş batareya bir gün ərzində kifayətdir .Əlcək min söz və yüz cümlə yadda saxlaya bilir.Uğur Mutlu Kalaycı eşitmə əngəlli insanlarin gündəlik həyatda daha rahat istifadə  etməsi üçün mobil cihazlar üzərində işlədiyini söylədi.

 

Mobil tətbiqetmə də tələbələrə məxsusdur.
“Konuşan Eller”-in cüt əlcəklərdən ibarət olduğunu ifadə edən Kalaycı qeyd edib ki;
“Əlcəyi ünsiyyət qurmaqda çətinlik çəkən eşitmə əngəlli insanlar üçün hazırladıq. Barmaqdakı sensor sayəsində istifadəçi təyin etdiyi bir işarəni təsvir edərkən 3 saniyə kimi qısa bir  müddətdə hərəkət yaddaşa yazılır. Hər hərəkət baş verəndə telefonda olan proqram yazılı və səsli olaraq mesajı göstərir. Telefondakı tətbiqi da özümüz proqramlaşdırdıq. Oxşarlarından fərqli olaraq biz  daha böyük yaddaşa sahib və cüt əlcək şəklində hazırladıq. Komputer və ya başqa bir cihaza bağlanmadan mobil telefonlar kimi istifadə olunur. Bundan başqa əlcək normal işarə dilini tanıya bildiyi kimi istifadəçinin təyin etdiyi başqa bir hərəkəti də yaddaşına yaza bilir.”

İstənilən yerdə rahat istifadə
Kalaycı buna oxşar əlcəklərin komputer vasitəsilə işlək hala gətirildiyini vurğulayaraq; "Komputerlə istifadə insanlar üçün çox da əlverişli deyil, ancaq “Konuşan Eller” telefona bağlı olduğundan istifadəçi onu dünyanın hər yerində işlədə bilər.” deyə qeyd edib.Kalaycı sensorların inkişaf etdiriləcəyi  təqdirdə əlcəyin yaddaş həcminin arta biləcəyini də vurğulayıb.