Yeni dil yaradılıb

Nisbətən mürəkkəb veb səhifənin yaradılması HTML, CSS və JavaScript daxil olmaqla bəzi proqramlaşdırma dilləri üzrə Nisbətən mürəkkəb veb səhifənin yaradılması HTML, CSS və JavaScript daxil olmaqla bəzi proqramlaşdırma dilləri üzrə bilik tələb edir. Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları iddia edirlər ki, onlar veb saytların yaradılmasını sürətləndirməyə və sadələşdirməyə imkan verən bu texnologiyaları yeni vahid proqramlaşdırma dilində birləşdiriblər. Texnologiya.az ICTnews -a istinadən bildirir ki, Ur/Web adlı proqramlaşdırma dilinə müasir populyar veb texnologiyalar daxildir və tərtibatçı proqramlaşdırma dillərinin hər biri ilə ayrı-ayrılıqda işləmək məcburiyyətində olmayacaq. Mən düşünürəm ki, bu proqramlaşdırma dili geniş tətbiq oluna bilər, çünki bir çox hallarda veb hazırlama üzrə xərcləri azaltmağa qadirdir – Ur/Web dilinin yaradıcısı, Massaçusets Texnologiya İnstitutunda professor köməkçisi işləyən Adam Çlipala deyib. O, həmçinin əlavə olaraq bildirib ki, bu dil müasir veb-standartlarla müqayisədə daha universaldır.