Yeni Zellandiyadakı Manta5 şirkəti "Hydrophil XE-1" pedalla hərəkətə gətirilən mühərrikli elektrik velosipedini ixtira edib.
Hər hansı bir velosiped kimi bu velosipedi də irəli sürətləndirmək üçün pedallardan istifadə edilir. Təkərlərin əvəzinə hidrofil velosipeddə arxaya quraşdırılmış pər dönür. Velosipedin fəaliyyətini təmin edən istifadəçinin ağırlığını tarazlayan müxtəlif ölçülü 3 hidrofildir. Pedallar hərəkət etdikcə hidrofillər pedalda sürtünməni azaltmaq və suya yıxılma hallarında velosipedləri yuxarı qaldırmaq üçün qanad kimi fəaliyyət göstərirlər. Cihaz 400 vattlıq mühərrik ilə işləyir. Mühərrik elektrik pedallarının pəri döndürməsini təmin edir. Sürücülər istifadəçi səviyyəsini minimumdan ən üst səviyyəyə qədər qaldıra bilirlər.
Mühərrik suya davamlı, təkrar doldurulabilən litium-ion batareyası ilə təmin edilmişdir. Velosiped tamamilə batdığı zaman yenidən başlamaq üçün kifayət qədər enerji olur. 240 funtluq bir şəxsin yalnız suyun səthində hərəkət etməsinə lazım olan sürəti almaq üçün təxminən 16 dövr pedal çəkməsi lazımdır. İlk baxışdan asan görünsə də, bir neçə dəfə məşq etmək lazımdır. Daha asan bir başlanğıc üçün, sürücülər arxa hidrofildə dayanaraq velosipedin arxa hissəsini suyun altına itələyə və yenidən qalxıb pedalları fırlaya bilərlər.
Hidrofil işlərkən problem yaranmaması üçün möhkəm, karbon lifli dəmir neylondan hazırlanıb. Çərçivəsi isə yol velosipedləri üçün standart olan 6061 alüminium ərintisindən hazırlanıb.
Hal-hazırda "Manta 5 Hydrophil XE-1" Yeni Zellandiyada əvvəlcədən sifariş əsasında hazırlanır. Külli istehsalına başlandıqdan sonra ölkə xaricinə çıxarılacaq. Amerika sahillərinə çatdıqda qiyməti 6 min dollardan 8 min dollara kimi hesablanır.