2018-ci ildə satışda olacaq !
Bazarda ən böyük telefon istehsalçısı olan Samsungun mobil sektorunun başçısı olan Koh Dong qatlanan telefonların istehsal tarixini açıqladı .
Cənubi Koreya mətbuatında çıxan məlumata görə qatlanan smartfon normalda 5 düymlük olacaq. Daha geniş ekrana ehtiyacı olanlar telefonu qatlayaraq 7 düymlük tabletə çevirə bilərlər. 3 GB RAM Samsung "Project Valley" adını verdiyi qatlanan smartfon layihəsini öz prosessorları ilə deyil, Qualcomm-un Snapdragon 620 və 820 prosessorları ilə sınaqdan keçirir. Smartfonun 3GB RAM ilə gələcəyi gözlənilir .