2017-ci ildə texnologiya sahəsində bir sıra kəşflər və yeniliklər baş verdi. Bunlardan bir çoxu insanlarda böyük maraq doğurmağı bacarmışdı. Bu texnolgiyalardan 7 ədədini təqdim edirik.
Tesla Model 3
Model 3 kiçik, daha sadə, daha qənaətcil elektrikli avtomobildir. Ən yeni model olduğu halda, Model 3-dən əvvəlki versiyalar Model 1 və ya 2 deyil, Model X və Model S-dir. Model S kimi, o da sinfinin ən təhlükəsiz avtomobili olması üçün hazırlanmışdır.Tesla modelləri həmişə insanların gözlədiyi nəqliyyat vasitələri olub. Kaliforniya şirkəti aldığı sifarişlərə əsasən 10 milyard dollara yaxın istehsal prototipini hazırlamağa başlamışdır. Heç bir avtomobil şirkəti belə uğurlu bir nəticə göstərməmişdir. Bir investor Model 3-ün BMW 3 seriyasının satışlarını sıfıra gətirəcəyini deyib. 28 iyulda Tesla mərkəzindəki tədbirdə 30 ədəd Model 3 təqdim olundu.
Təhlükəsizlik;
Avtomatik, tez reaksiya verə bilən əyləc və toqquşmanın qarşısını almaq
Səkkiz hava yastığı
Elektron sabitlik
Rahatlıq;
Xəritələr və naviqasiya ilə 15 düymlük toxunma ekran
Wi-Fi və LTE internet əlaqəsi
Uzaqdan nəzarət
Səslə aktivləşən nəzarət sistemi
Qatlanan arxa oturacaqlar
Premium özəlliklər
Daha güclü səsucaldıcılar və subwoofer ilə mükəmməl səs sistemi
Zərbəyə davamlı şüşə qatı
LED duman lampaları
Zəmanət
4 il, 50,000 mil məhdud zəmanət
8 il, 100,000 mil batareya zəmanəti(standart)
8 il, 120,000 mil batareyası zəmanəti (uzun müddətli)
Dron Kamera
Dron kameraları fotoaparat və kamera sahəsində xüsusi inkişafa səbəb oldu. Mükəmməl bir quş baxışının şəkil və ya videoya çevrilməsi insanların selfi çəkmək istəyini daha yaxşı qarşılayır. Dronlar 360° fırlanaraq ətrafı bütövlüklə qeydə alır. Bir özəllik isə budur ki, Dronlar qarşısındakı insanı təqib edir, havada həmin şəxsin ardınca gedə bilir və heç bir müdaxilə olmadan video qeydə alır. Bu cihaz kommersiya məqsədləri üçün, məsələn, reklam klipləri qeyd etmək, video roliklər çəkmək üçün daha yaxşıdır. Ümumilikdə, kameralarla təchiz olunmuş bu Dronlar yüksək keyfiyyətlidir.
Microsoft-un sensor ekran noutbuku
Microsoftun yeni kompüterlərinin incə, müasir dizayn və sadə rəng seçimi var. Batareyanın ömrü çox yaxşıdır, klaviatura və ekran toxunması da mükəmməldir. Ekrana toxunaraq noutbukun imkanlarından istifadə edə bilərsiz. Microsoftun yeni noutbuku digər qurğularla müqayisədə ənənəvi noutbukdur, lakin Windows əməliyyat sistemi daha yaxşıdır.
Samsung Galaxy 8
Samsung Galaxy S8 smartfonu 2017-ci il mart ayında bazara çıxarıldı. Telefon 1440 x 2960 piksel görüntü imkanına sahip 5.80 düymlük sensor ekrana malikdir. Samsung Galaxy S8 Samsung Exynos 8895 prosessoru ilə təchiz edilib və 4 GB rama sahibdir. Telefon, micro SD kart vasitəsilə 256 GB-a qədər genişlənə bilən 64 GB daxili yaddaş saxlayır. Samsung Galaxy 12 meqapiksellik əsas arxa kamera və selfi üçün 8 meqapiksellik ön kameraya malikdir.
Iphone x
Özəlliklər
Üz tanıma ilə kilidin açılması
İstifadəçilər Applenin "Face ID" olaraq adlandırdığı gücləndirilmiş yeni sensor və texnologiya sayəsində iPhone X-in kilidini aça bilərlər.
Animasiyalar və emojilər
Apple darıxdırıcı günlərin keçəcəyini söyləyir. Apple iPhone X-in emojilərini insanın öz üz ifadələrinə uyğunlaşa biləcək şəkildə tənzimləyib .
Naqilsiz Batareya təminatı
IPhone X iPhone 8 və iPhone 8 Plusda olduğu kimi batareya alətini cihazlara daxil etmədən elektrik enerjisini təmin edir.
Daha sürətli A11 Bionic Processor Çip
IPhone X, Applenin yeni A11 Bionic çipini dəstəkləyir. Bu daha yaxşı oyun oynamaq, daha keyfiyyətli fotoşəkillər çəkmək üçün IPhone 8-də olan, lakin gücləndirilmiş eyni prosessordur.
Cadillac Super Cruise
Super Cruise aşağıdakı özəlliklərə sahibdir:
Adaptiv Kruiz Kontrol (ACC) ilə işə salınır
Qəzaya qarşı xəbərdarlıq sistemi
Kamera və ya radar sensorları bağlanmır və ya zədələnmir
Sistem fasilərlə siqnal verərək sürücünün diqqətli olmasını təmin edir.
Avtomobili sürərkən avto pilotu qoşub istirahət edə bilərsiz.
Super Cruise avtomobili aşağıdakı şərtlər daxilində istifadə etmək məsləhət görülmür:
Yol işarələri az olduqda və ya görüntü məhdud olduqda
Tikinti zonalarında
Sürüşkən və ya digər mənfi şəraitlərdə, yağış, qarla qarışıq, duman, buz və ya qarlı havalarda
Nintendo Switch
Bu cihaz 3 hissəli sadə bir oyun pultudur. Evdən kənarda, yol gedərkən,avtobus və ya metroda olarkən aləti 6.2 düymlük ekrana qoşa və rahatlıqla oyun oynaya bilərsiz. Alətin hər iki tərəfində düymələr olan hissələr orta hissədən rahatlıqla ayrılır və ekranın kənarlarına yerləşdirilir. Artıq oyun oynamaq üçün ekrana toxunmağa ehtiyac qalmır. Evdə olarkən isə pultun hissələrini birləşdirib kompüterə və televizora qoşaraq adi oyun pultları kimi istifadə edə bilərsiz