Snapdragon 1000 haqqında ətraflı məlumatlar internetdə yayılıb. Belə ki, Qualcomm notebooklar üçün prosessorlar istehsal etməyə başlamışdı və Snapdragon 850 təqdim etmişdi. İndi isə daha çox performans göstərmək üçün Snapdragon 1000 üstündə işləməyə başlayıb. TDP dəyəri aşağı olan Snapdragon 850 prosessoru və Soc-lardan daha çox performans əldə etmək istəyən şirkət Snapdragon 1000 prosessoruna doğru yönəlib. Bu prosessorda TDP dəyəri yüksəldiləcək. Bu prosessor tamamilə fərqlənəcək və daha çox özəlliklərə sahib olacaq.
WinFuture tərəfindən yayılan xəbərlərə görə telefon və televizorlarda istifadə edilən prosessorlardan daha böyük ölçüyə sahib olacaq. 20x15 mm ölçüsündə olacaq ki, İntel U seriyası bir porsessorun ölçüsü 45x24 mm-dir. Snapdragon 1000 prosessoru 16 GB LPDDR4X ramı və 256 GB ( 2 ədəd 128 GBUFS 2.1 ) yaddaşı dəstəkliyəcək. Gigabit WLAN xüsusiyyətinidə dəstəkliyəcək.
Deyilənlərə görə Snapdragon 1000 prosessoru anakarta birbaşa bağlı olaraq gəlmiyəcək. Amma bu məlumat tam deqiq deyil. Snapdragon 850 prosessoru 6.5 watt TDP-yə sahibdir. Snaprdagon 1000 prosessorunda isə bu dəyər 12 watt olacaq və İntel U seriyası prosessorlarla rəqabətə girəcək . Həmçinin ASUS-un Primus adlı cihazı Snapdragon 1000 ilə təqdim edilə bilər.