Snapdragon 841 prosessoru haqqında sızıntılar var.

Dünyanın ən məhşur mobil prosessoru olan Snapdragon-nun yeni bir növü haqqında sızıntılar yayılıb. Bu prosessorun adının Snapdragon 841 olacağı deyilir. Bilirk ki, ən son model telefonlarda Snapdragon 845 prosessorundan istifadə olunub. Hal-hazırda ən güclü mobil prosessor sayılır və rəqibi isə Apple A11 Bionic prosessorudur. Snapdragon 841 prosessoru haqqında olan şəkildə görülür ki,  öz nəticəsi ilə Snapdragon 845-dən geri qalır, amma 800 seriyasının ən üst səviyyə olduğunu bilirik.

Snapdragon 841 prosessoru 2.3 GHz tezliyə malikdir. Snapdragon 845-də isə 2.8 Ghz tezliklə işləyir. Snapdragon 841 prosessoru 16 nüvəli bir arxitekturaya sahib olduğunu deyə bilərik. Əgər bu məlumatlar doğrudursa, Qualcomm ilk dəfə olacaq ki, 16 nüvəli bir mobil prosessor istehsal edəcək. Snapdragon 841 prosessorunda da Adreno 630 GPU-dan istifadə ediləcək. Bu isə prosessorun güclü olacağını təsdiq edir. Bu prosessor haqqında tam dəqiq məlumatı, Qualcomm rəsmi təqdim etdikdən sonra biləciyik.