Sizlərə Snapdragon 700 prosessorları haqqında məlumat vermişdik. Bilirik ki, Snapdragon 700 prosessorları Snapdragon 600 və 800 seriyası arasında orta səviyyədən bir üst səviyyə telefonlar üçün istehsal ediləcək. Snapdragon 700 seriyasında 710 və 730 haqqında məlumatlar artıq internetdə yayılıb.
Snapdragon 710 prosessoru Samsung-un 10 nm LPE prosesində hazırlanıb. Bu isə 14 nm-dən 27% daha yüksək performans verəcək. Bu prosessor Bluetooh 5.0, Dual-band WIFI, 4+4 CPU əvəzinə 2+6 CPU Cluster( qrup ) Kryo 3xx çipləri ilə təchiz ediləcək. 2 ədəd performan nüvəsi ARM Cortex-A75 olacaq və bunlar maksimum 2.20GHz tezlikdə işləyəcək. 6 performan nüvəsi isə ARM Cortex-A55s ilə təchiz olunacaq və bu nüvələr isə ən yüksək tezlikdə yəni 1.70 GHz-də işləyəcəklər. Qrafik tərəfdə isə Adreno 615 GPU olacaq. Bu GPU maksimum 750 MHz tezlikdə olacaq.
Snapdragon 710 prosessoru WQHD 3.040 x 1.440 pikselə sahib 19:9 nisbətində ekran, UFS 2.1 yaddaş və kamera tərəfdə isə 32 MP-ə qədər sensorlar üçün Spectre 250 İSP dəstəkləyəcək.
Snapdragon 730 prosessorunda da 2+6 Kryo 4xx çipləri yerləşdiriləcək. Bu çiplər 2.30GHz-1.80 GHz frekanslarında işləyəcək. Kamera tərəfdə Snapdragon 710-dan fərqli olaraq Spectre 350 İPS olacaq. Bu prosessor 8 nm texnologiyasından istifadə edilərək istehsal ediləcək.