Samsung Gear S4 yeni sistem ilə təqdim ediləcək.

Yeni Samsung  Gear S4 ağıllı saatı yeni sistemlə təqdim ediləcək. Deyilənlərə görə , əvvəlki sistem olan Tizen OS istifadə edilməyəcək . Yeni ağıllı saat Android Wear və ya Wear OS sistemi ilə işləyəcək. Samsung Gear S4 saatı 470 mAh batareya həcminə malik olacaq ki, bu əvvəlki nəsildən yəni Gear S3-dən 90 mAh daha böyükdür. Samsung şirkəti həmçini PLP ( Panel Səviyyə Paketi )-dən istifadə edəcək ki, bu cihazın daha incə olmasına şərait yaradır. Həmçinin saat özündə yeni bir özəlliklə gələcək. Belə ki, saat artıq UX( user experience )-i və qan təyziqini ölçəcək.